Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zibil yeşiyindən silah-sursat tapıldı

© Sputnik / Anar MustafayevМусорные баки, фото из архива
Мусорные баки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zibillikdən ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb

BAKI, 17 noyabr - Sputnik. Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər lenti
0