05:22 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Ovçu, arxiv şəkli

Ölkəmizə gələn turist “Qırmızı kitab”a düşən quşları ovlayıb

© AFP 2018 / RAIGO PAJULA
HADİSƏ
Qısa URL
29 0 0

Hazırda İdarədə iki faktla bağlı araşdırma aparılır

BAKI, 16 noyabr — Sputnik. Noyabrın 14-də Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan bu zaman hisə verilmiş 28 ədəd kütüm, 2 ədəd adi siynək və qaxac edilmiş 5 kütüm balığı maddi sübut kimi götürülüb.

Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsiz (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.

Antisanitariya şəraitində hisə verilmiş balıqlar
© DİN mətbuat xidməti
Antisanitariya şəraitində hisə verilmiş balıqlar

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları "Qırmızı Kitab"a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmadi olaraq reydlər keçirilir. İdarə əməkdaşlarının noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində keçirdikləri digər növbəti belə reyd zamanı əcnəbi vətəndaş Mansor Alajmi adlı şəxs saxlanılıb. Bu şəxs isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi (lisenziyası) olmadan, adları "Qırrmızı kitab"a düşmüş 1 ədəd sultantoyuğu və 14 ədəd gərəf ovlayıb.

Qanunsuz quş ovçuları
© DİN mətbuat xidməti
Qanunsuz quş ovçuları

Hazırda İdarədə iki faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq hər iki şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görüləcək.

Əlaqədar

Ovçunun hobbisi başına bəla oldu
Təbiətimizə qənim kəsilən “ovçular” tutulub
Ovçulara qanuni ovun qaydaları aşılanıb
Ovçulara xəbərdarlıq edildi
Ovçuluqla bağlı növbəti məlumatlandırma sessiyası keçirilib
Teqlər:
Daxili İşlər Nazirliyi, Ov, quş, balıq

Əsas mövzular