13:42 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
FHN əməkdaşları

“Sədərək” ticarət mərkəzində yanğın baş verib

© Photo: REPORT
HADİSƏ
Qısa URL
165 0 0

Hal-hazırda tüstünün bir az azaldığı deyilir

BAKI, 16 noyabr — Sputnik. “Sədərək” ticarət mərkəzinin təsərrüfat malları satılan hissəsindəki anbarlarda yanğın baş verib. Hadisənin nədən qaynaqlandığı dəqiq bilinməsə də, digər satıcılar da mallarının yanacağından qorxaraq təşvişə düşüblər. 

Hadisə şahidinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Təcili Tibbi Yardım Xidmətinin işçiləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Tüstünün bir qədər azaldığı bildirilir. 

Əlaqədar

Yanğın 31 nəfərin həyatına son qoydu
Şimal Elektrik Stansiyasında güclü yanğın oldu - VİDEO
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
Sumqayıtın "Karvan"ında yenə yanğın
Teqlər:
Sədərək Ticarət Mərkəzi, yanğın

Əsas mövzular