CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Külli miqdarda mənşəyi məlum olmayan ət aşkarlanıb

CC0 / cocoparisienne / meatQanunsuz kəsilib satışa çıxarılan at əti
Qanunsuz kəsilib satışa çıxarılan at əti - Sputnik Azərbaycan
Abunə olmaq
Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib

BAKI, 16 noyabr - Sputnik. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. 

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib. 

Qanunsuz kəsilib satışa çıxarılan at əti - Sputnik Azərbaycan
At ətini Bakıda mal əti adı ilə satırmış

Birgə tədbirlərlə noyabrın 15-də saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0