19:04 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Maskalı şəxs, arxiv şəkli

Qazaxın icra başçısının keçmiş müavininin evinə hücum edilib

© Sputnik / Grigory Sysoyev
HADİSƏ
Qısa URL
62 0 0

Ev sahibəsi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat pulunu aparıblar

BAKI, 12 noyabr — Sputnik. Qazax rayonunda maskalı şəxs evə basqın edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.

Əlaqədar

Bakıda maskalı şəxslər evə basqın etdi
Bakıda iki nəfər maskalı şəxs Abutalıbovanı döyüb
Bakıda maskalı quldurlar qadının qışqırığından qorxaraq qaçıblar
Bakıda satıcı qadın marketə hücum edən maskalı qarətçi ilə əlbəyaxa oldu
Maskalı şəxslər evə basqın edib qadını döyərək pul aparıblar
Teqlər:
hücum, qarət, maskalı şəxs, bıçaq, Qazax

Əsas mövzular