Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda evlərdən oğruluq edənlər saxlanıldı

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkarların əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 2-də Qax RPŞ-yə ərizə ilə müraciət edən rayon sakini Rəcəb Nəzirov evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanması barədə müraciət edib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayon sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

© © DİN-in mətbuat xidmətiSaxlanılan şəxsdən götürülmüş tir tüfəngi
Saxlanılan şəxsdən götürülmüş tir tüfəngi - Sputnik Azərbaycan
Saxlanılan şəxsdən götürülmüş tir tüfəngi

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. İ. Qamxaraşvilinin ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlində də iştirakının olduğu təsdiqini tapıb. Belə ki, Qax rayon sakini Temur Lomaşvilinin evindən bir ədəd tir tüfəngini də oğurladığı müəyyən edilib. Oğurladıqları əşyaların bir qismi yaşadıqları evlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

© © DİN-in mətbuat xidmətiSaxlanılan şəxsdən götürülmüş silahlar
Saxlanılan şəxsdən götürülmüş silahlar - Sputnik Azərbaycan
Saxlanılan şəxsdən götürülmüş silahlar

Hər iki faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0