16:44 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Ov tüfəngi

Bakıda ictimai obyektdə silahlı qarşıdurma baş verib

CC0 / jasongillman / Оружие
HADİSƏ
Qısa URL
30200

Məcburi köçkünün çayxana sahibinə niyə silahlı hücum etdiyi məlum olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Bakıda çay evinin sahibinə sui-qəsd edilib. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Silahlı insident noyabrın 9-dan 10-na keçən gecə Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yanında, elə həmin ünvanda yaşayan Elnur Əliyev Namiq Nəcəfovu öldürmək məqsədilə ona ov tüfəngindən atəş açıb.

Əliyev cinayəti törətdikdən sonra qaçıb gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.

Ağır yaralanan Nəcəfov xəstəxanaya çatdırılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, Nəcəfov sözügedən yataqxananın yanındakı çayxananı işlədir. Lakin sahibkar Əliyevi çayxanaya buraxmır. Çünki kişilər arasında çoxdankı ədavət var.

Əliyev bir dəfə Nəcəfov və onun dostları tərəfindən təcavüzə məruz qalıb. Onlar arasında baş verən növbəti ixtilafdan sonra Əliyev evə qaçaraq silahı götürüb və çayxanaya üz tutub. Orada Nəcəfova atəş açıb.

Hazırda Əliyevlə bağlı AR Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə təşəbbüs), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz silah hazırlama) maddələri ilə cinayət işi açılıb. Əməliyyatçılar silahı götürüblər. Saxlanılan şəxs silahın ona babasından yadigar qaldığını deyib.

Əlaqədar

Şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralandı
Məşhur restoranda atışma olub, ölən və yaralananlar var
Məşhur klubun futbolçusu atışma zamanı öldürüldü
ABŞ-da sinaqoqda atışma: 8 ölü - VİDEO
Teqlər:
çayxana, Atəş, silah

Əsas mövzular