12:28 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Avtomat silah, arxiv şəkli

Ukraynada erməni azərbaycanlını güllələdi

© Фото предоставлено очевидцами события
HADİSƏ
Qısa URL
29701

Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib

BAKI, 12 noyabr — Sputnik. Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.

Sputnik Azərbaycan xəbər verir ki, yerli polisindən  “Report”un Ukrayna bürosuna verilən məlumata görə, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.

Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır.

Əlaqədar

Şabranda gənc oğlanın güllələnməsi ilə bağlı yeni xəbər gəldi
Almaniya polisi girov götürən şəxsi güllələdi
Artur Rasi-zadənin müşavirinin kürəkəni güllələnib
Musa Məmmədovun kürəkənin belə güllələdilər – VİDEO
Ukraynada Azərbaycan vətəndaşı güllələndi
Teqlər:
güllələmə, avtomat, erməni, azərbaycanlı, Ukrayna

Əsas mövzular