01:09 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Bakı metrosu

Metroda növbəti dəfə xoşagəlməz hadisə baş verib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
230 0 0

Bəxtiyar Məmmədov: "Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil"

BAKI, 8 noyabr — Sputnik. Bu gün Bakı Metropolitenində daha bir qatarda problem yaranıb. Nəticədə sərnişinlər qatardan düşürülüb. Hadisə "28 May" metrostansiyasında baş verib.

Yaranmış problem ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlama verib.

Qurumun sözçüsü bildirib ki, qatarda texniki problem yaranıb və qatar stansiyadan birbaşa depoya göndərilib: "Həzi Aslanov"dan "Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar "28 May" stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil".

"Ümumilikdə, qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib"- deyə B.Məmmədov əlavə edib.

Əlaqədar

Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Metro ilə gedənlər üçün önəmli xəbər
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Teqlər:
nasazlıq, metro, "Bakı Metropoliteni" QSC

Əsas mövzular