02:02 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib

Narkotik alverçisi ələ keçdi

© DİN-nin mətbuat xidməti
HADİSƏ
Qısa URL
57 0 0

Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, noyabrın 5-də Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Vüqar Novruzov
DİN-nin mətbuat xidməti
Vüqar Novruzov

Həmin gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Azər Hüseynov da saxlanılıb. Şəxsi axtarış zamanı onun sellofan torbada gizlətdiyi, çəkisi 470 qram olan marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Əlaqədar

Uşaq meydançasında narkotik maddə gizlədən həbs edildi
Sərhəddə külli miqdarda narkotik tutuldu
Əvvəllər məhkum olunmuş narkotik alverçisi saxlanıldı

Əsas mövzular