Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kərbəlada həbs edilən azərbaycanlı gəncin atası danışdı – VİDEO

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, bildirib ki, Hüseynin həbsdən çıxarılması üçün "Salam Tur" şirkətinə müraciət ediblər

BAKI, 5 noyabr — Sputnik. "Mən Fətullayev Hüseynin atasıyam. Oktyabrın 31-i bizə xəbər verdilər ki, oğlunuz itib. Sonradan bizə bildirdilər ki, Hüseyn cinayət törədib. Biz hər gün Hacı Allahverdi ilə əlaqə saxlayırdıq". 

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Kərbəlada Azərbaycanlının başına müəmmalı iş gəlib

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kərbəla şəhərində həbsə düşmüş Hüseyn Fətullayevin atası yaydığı video görüntüdə deyib.

O bildirib ki, Hüseynin həbsdən çıxarılması üçün "Salam Tur" şirkətinə müraciət ediblər. Şirkət Hüseynin həbsdən azad edilməsi üçün yardım etməyə çalışır: "Hazırda bizdən zərərçəkmişlər 6700 dollar pul istəyirlər".

Xatırladaq ki, Masallı şəhərindən Kərbəla ziyarətinə gedən 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu İraqda həbs olunub. 

H.Fətullayevin yaxınlarının sözlərinə görə, 2 gündür ki, o, həbsdə saxlanılır: "Orada Hüseynin vəziyyəti yaxşı deyil. Oranın qanunlara görə, həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözümü də çox tab gətirə bilməz". 

 

Xəbər lenti
0