Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabirabadda bir piyadanı iki avtomobil vurdu

CC0 / PublicDomainPictures / crushДТП в Азербайджане, фото из архива
ДТП в Азербайджане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 3 noyabr — Sputnik. Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.

Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0