Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobil qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

BAKI, 3 noyabr — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan DİN-ə istinadən məlumat verir.

Məlumata görə, dünən əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbər lenti
0