12:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Dövlət Təhlükəsizliyi Xidmətinin binası

DTX "əməkdaşı" DTX tərəfindən saxlanılıb

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
480 0 0

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

BAKI, 30 oktyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək, əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DTX-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə Rzamin Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.

Rzamin Həşimov həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən edilib.

Məlum olub ki, R.Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq araşdırmaları davam edir.

Əlaqədar

Xaçmazda vəziyyət gərginləşdi, DTX radikal terrorçunu məhv etdi
DİN və DTX birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb
DTX xəbərdarlıq etdi: Məsuliyyətə cəlb edilə bilərsiniz
DTX vətəndaşları şantaj edən “jurnalisti” həbs etdi

Əsas mövzular