Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət agentliyinin avtomobili qəzaya düşərək yandı, yaralananlar var

© REPORTAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

© REPORTAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb
Dövlət agentliyinin avtomobili qəzaya düşərək yandı, yaralananlar var - Sputnik Azərbaycan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti
0