04:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Bakıda əcnəbi turistlər

Bakıda bu dəfə yəhudi turist arzuolunmaz "macəra" yaşayıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1264601

Azərbaycanda İsrail vətəndaşına qarşı dələduzluq edilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. İsrail vətəndaşı Azərbaycana turist səfərindən razı qalmayıb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Əcnəbi turist özü bu barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə şikayət edib. 1953-cü il təvəllüdlü Kalef Daniel Süleyman asayiş keşikçilərinə bildirib ki, oktyabrın 24-ü saat 15:00 radələrində Qobustana gedərək palçıq vulkanlarına baxmağı planlaşdırıb.

Bu zaman naməlum bir kişi ona yardımını təklif edib. Bildirib ki, bələdçilik edəcək və Qobustan ərazisində yerləşən bütün palçıq vulkanlarını ona göstərəcək. Naməlum şəxs öz xidməti qarşılığında israillidən 100 manat istəyib. Turist də tələb olunan məbləği kişiyə ödəyib.

Onlar saat 15:00-da Qaradağ rayonu ərazisində görüşərək palçıq vulkanlarına baxmağa getmək barədə vədləşiblər. İsrailli göstərilən vaxtda sözügedən ünvanda olub, lakin onun "bələdçi"si vədələşdikləri yerə gəlib çıxmayıb. Turist başa düşüb ki, onu uşaq kimi aldadıblar və polisə şikayət edib.

Lakin hələlik faktla bağlı heç kəs saxlanılmayıb. İsrailli turistin ölkəmizlə bağlı nə düşündüyü barədə isə özünüz qənaətə gəlin.

Əlaqədar

Azərbaycan polisi öz hərəkəti ilə turisti mütəəssir edib
Kənan Quluzadə yeni turizm brendinin təqdim olunacağı tarixi açıqladı
Xəzərdə dəniz turizminin inkişafından nələr gözləmək olar - ekspert şərhi
Turistlər bəbirlərin ölüm-qalım mübarizəsini lentə alıb
Turistlərin kamerasını oğurlayan qağayı onlara elə sürpriz etdi ki...
Teqlər:
palçıq vulkanı, turist, polis, yəhudi, İsrail, Bakı

Əsas mövzular