Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda 12 yaşlı uşaq evdən 25 minlik qızıl oğurladı

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Evdən 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyaları aparılıb

BAKI, 24 oktyabr — Sputnik. Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda, ümumilikdə, 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0