Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış azərbaycanlı müğənninin avtomobilini qarət ediblər

CC0 / carlos4916 / volvoVolvo “V90” markalı maşın
Volvo “V90” markalı maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı araşdırmalar aparılır

BAKI, 24 oktyabr — Sputnik. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gömrük işçiləri tərəfindən saxlanılmış avtomobil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Almaniyada oğurlanan maşın Azərbaycanda saxlanıldı

Məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar — Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini, tanınmış müğənni Nurlan Növrəslinin "Renault" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib. 

Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun "Mercedes" markalı, R.Şahverdiyevin isə "KİA" markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 4 avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0