Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Axtarışda olan 30 nəfər saxlanıldı

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb

BAKI, 20 oktyabr — Sputnik. Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, oktyabr ayının 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə, ümumilikdə, 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti
0