18:59 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
134 0 0

21 yaşlı oğlan qoz yığan zaman budağın qırılması nəticəsində yıxılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Qax sakini dəhşətli hadisənin qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Qax rayonu Güllük kəndində baş verib.

Belə ki, Güllük kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Elşad Ələkbər oğlu öz həyətlərində qoz ağacından yıxılaraq, ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

İlkin məlumata görə, 21 yaşlı oğlan qoz yığan zaman budağın qırılması nəticəsində yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
yıxılmaq, qoz ağacı, Qax, ölüm

Əsas mövzular