Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çökən yol başqa problemlər də meydana çıxarıb

© Sputnik / Irade JELILSəməd Vurğun küçəsində yolun səki hissəsi çöküb
Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib

BAKI, 18 oktyabr — Sputnik. Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində 17 oktyabr 2018-ci il tarixində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindın məlumat verilib. Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

© Sputnik / Irade JELILƏrazidə təmir-bərpa işləri aparılır
Ərazidə təmir-bərpa işləri aparılır - Sputnik Azərbaycan
Ərazidə təmir-bərpa işləri aparılır

Qeyd edək ki, dünən paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Nəcəfli qeyd edib ki, küçədə eni 3, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş zərərin məbləği hesablanır: "Ərazi Təzə bazarın yaxınlığındadır. Həmin ərazidə köhnə bina sökülüb, yerində yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb".

Xəbər lenti
0