Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cənub bölgəsində xüsusi təhlükəli şəxs ələ keçdi

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Astarada oğurluq edən şəxs saxlanılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində evlərdən qızıl-zinət əşyaları, pul və mobil telefonlar oğurlayan şəxs saxlanlıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın Cənub bürosuna verilən məlumata əsasən, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən 2 ədəd "Samsung" markalı mobil telefonun oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Aparılan araşdırmalardan sonra oğurluq edən şəxsin əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib. E.Hüseynov saxlanılaraq Astara RPŞ-yə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı 12 bükümbə ümumi çəkisi 0,633 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Aparılan əməliyyat tədbirləri ilə E.Hüseynovun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub. Saxlanılan şəxsin sentyabr ayında rayonun Qamışovka kəndində bir evdən təxminən 7000 min manat dəyərində qızıl-zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə 2460 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 360 manat pul oğurladığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0