14:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Lənkəran şəhərində təcili yardım avtomobili, arxiv şəkli

Qış gəlməmiş qazdan boğulmalar başladı

© Sputnik / Rahim Zakiroğlu
HADİSƏ
Qısa URL
319 0 0

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib

Rahim Zakiroğlu, Sptunik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Lənkəranda qaz sızmasından ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin Rayopa ərazisində çoxmənzilli binada olub.

Belə ki, 1989-cu il təvəllüdlü Şəki rayonu Sarıcı kənd sakini Şəhriyar Əbdülrəhmanov qazdan boğulub. Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata əsasən, stansiyanın həkimləri hadisə yerinə çatanda Ş.Əbdülrəhmanov sağ olub. Ona ilkin tibbi yardım göstərildikdən sonra dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Amma həkimlərin bütün səyinə baxmayaraq, Şəhriyar Əbdülrəhmanov xəstəxanada vəfat edib.

Mərhumun tanışları bildiriblər ki, Ş.Əbdürəhmanovun uzun müddət  telefonlara cavab vermədiyindən narahat olub, kirayə yaşadığı evə gəliblər. Evin qapısında isə kəskin qaz iyi hiss ediblər. Onlar qapını qıraraq içəri daxil olanda Şəhriyar Əbdülrəhmanovu evin ortasında yıxılmış vəziyyətdə aşkar ediblər.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər:
boğulma, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, ölüm, qaz sızması, Lənkəran

Əsas mövzular