Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda əsgər gedən oğlan özünü güllələdi

CC0 / klimkin / ovOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Mahir Şıxəliyev bir neçə gün sonra hərbi xidmətə yola düşəcəkmiş

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Şabranda ova gedən gənc özünü güllələyib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 13:00 radələrində rayonun Zeyvə kəndində baş verib.

Ova gedən 2000-ci il təvəllüdlü Şıxəliyev Mahir Məmmədi oğlu ehtiyatsızlıq edərək özünü ov tüfəngi ilə vurub.

Hal-hazırda M.Şıxəliyevin vəziyyəti ağırdır. Şabran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bakı şəhərindən həkim briqadası çağırılıb.

Məlumata görə, Mahir Şıxəliyev bir neçə gün sonra hərbi xidmətə yola düşəcəkmiş.

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Xəbər lenti
0