14:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Uşaq

Dini sektaya qoşulan ailənin övladı Bakı məktəbində dəhşətli əmələ əl atıb

CC0 / adibalea / Baby
HADİSƏ
Qısa URL
1417 0 0

"Uşaqların babası artıq məktəb rəhbərliyini xəbərdar edib ki, onun oğlu dini sektaya qoşulub"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 10-da Bakı məktəblərindən birində xoşagəlməz hadisə qeydə alınıb. Üçüncü sinif şagirdi məktəbin pəncərəsindən özünü atmağa cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə Ələt qəsəbəsində yerləşən 302 saylı məktəbdə qeydə alınıb. Səhər saat 08:50-də üçüncü sinif şagirdi, 2010-cu il təvəllüdlü A.Q. məktəb binasının üçüncü mərtəbəsində pəncərəyə çıxaraq bəyan edib ki, özünü öldürmək istəyir. Xoşbəxtlikdən uşağı xilas etmək mümkün olub. Hazırda Qaradağ Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

Bununla yanaşı, 302 saylı məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, yerində aparılan araşdırma zamanı uşağın radikal islam tərəfdarları olan valideynlərinin neqativ təsiri altında olduğu təsbit edilib.

"Hadisə tənəffüs zamanı baş verib. Üşüncü sinif şagirdi 3-cü mərtəbəyə qaçaraq pəncərəyə dırmaşıb və özünü oradan atmağa cəhd göstərib. Bu uşaq daim dərslərindən axsayır və məlum olub ki, onun valideynləri qatı dindardırlar" — deyə məktəbdən bildiriblər.

"Bütün baş verənlər məhz uşağın valideynlərinin dini baxışları ilə bağlıdır. Bununla yanaşı, bizim məktəbin 2-ci sinfində həmin şagirdin qardaşı da təhsil alır. Uşaqların babası artıq məktəb rəhbərliyini xəbərdar edib ki, onun oğlu dini sektaya qoşulub" — məktəbdən əlavə olunub.

Baba məktəb direktorundan xahiş edib ki, o, nəvələrinin təhsilinə nəzarət eləsin. Direktor hətta bu uşaqların evində olub və onların valideynləri ilə söhbət edib. Bu uşaqlarla işləmək üçün, hətta psixoloq və müəllimlər də prosesə cəlb edilib.

"Bütün bunlara baxmayaraq, uşaqlar dərslərdə axsayır, çətinlik çəkirlər və dəfələrlə dəsrdən qaçmağa cəhd göstəriblər" — deyə məktəbdən vurğulanıb.

Hazırda müvafiq qurumlar intihar etmək istəyən oğlanın valideynlərinin hansı şübhəli məzhəbə cəlb edildiyini yoxlayırlar.

Əlaqədar

Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib
Bərdədə gənc qız intihar edib
İki intiharın qarşısı alındı, biri Xırdalanda, o biri Tovuzda
Bərdədə ahıl kişi intihar edib - SƏBƏB
Məşhur mağazalar şəbəkəsinin rəhbərinin intihar etdiyi açıqlanıb - RƏSMİ
Teqlər:
sinif, Sputnik Azərbaycan, şagird, intihar, məktəb, uşaq

Əsas mövzular