Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məktəbliləri kim oğurlayır: Bakı qeybətcillərinin fantaziyaları və "WhatsApp" şüvənçiləri

© Sputnik / Murad OrujovOrta məktəb şagirdləri, arixv şəkli
Orta məktəb şagirdləri, arixv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı məktəblərində uşaqların oğurlandığı barədə şayiələr bütün sosial şəbəkələri və WhatsApp qruplarını bürüyüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Bakı məktəblilərinin valideynləri arasında yayılan şayiə çoxsaylı dedi-qodulara mövzu olub və bütün qeybətsevərləri birləşdirib. Əlbəttə, əgər bu şayiələr, dedi-qodular ciddi nəticələr doğurmasaydı, onun üstündən elə-belə keçmək də olardı.

Символ радиационной опасности, архивное фото - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vətəndaşlar arasında qorxulu şayiə dolaşır, amma nə təsdiq var, nə də təkzib

Sputnik Azərbaycan-ın əməkdaşları bu şayiələrin kökünü araşdırmağa cəhd edərkən məlum olub ki, valideynlər Bakının Suraxanı rayonunda baş verən müxtəlif hadisələri bir-birinə qarışdıraraq özləri də bilmədən fərqli situasiyanın meydana gəlməsinə rəvac veriblər. Belə ki, Hövsan qəsəbəsində məktəbdən kiçik qardaşını evə gətirərkən yolda qaçırılan ərgənlik qızın əhvalatı, məktəblərdə uşaq oğurluğunun olduğu, uşaqların qaçırılaraq orqanlarının çıxarıldığı barədə şayiələrə səbəb olub. Bu söhbətlərdən təşvişə düşən valideynlər isə azyaşlı uşaqlarına içində bibər qazı olan balonları verərək qaçırılacaqları təqdirdə özlərini müdafiə etmək üçün bu qazdan istifadə etməyi məsləhət görüblər. Uşaqların bu bibər qazını öz məktəb yoldaşları üzərində sınaması və 9 şagirdin zəhərlənməsi isə baş verənlərin kuliminasiya nöqtəsi olub.

Daha əvvəl Sputnik Azərbaycan-ın da yazdığına görə, oktyabrın 10-da 9 nəfər 6-cı sinif şagirdi 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Hövsandakı 76 saylı tam orta məktəbində təhsil alan şagirdlərdən biri sinif yoldaşları arasında bibər qazı olan balonu püskürdüb. Bundan sonra uşaqlar arasına çaxnaşma düşüb. Nəticədə 1-i oğlan və 8-i qız olmaqla 9 şagird xəstəxanaya aparılıb. Həkimlər uşaqları yoxlayıblar və onlarda hər hansı toksiki zəhərlənmə halı aşkarlamayıblar. Onlarda təngnəfəslik, kəskin ürək döyüntüsü və isterik nevrozun əlamətləri aşkarlanıb.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, uşaqlar bir az qorxublar və onların sağlamlığına heç bir təhlükə yoxdur. Hazırda məktəbə qaz balonunun hansı şagird tərəfindən gətirildiyi və uşaqların üstünə püskürdüldüyü müəyyənləşdirilir.

Bütün bu hadisələr Hövsanda gənc qızın evlənmək məqsədilə qaçırılmasından başlayıb. Oktyabrın 8-də saat 13:00-da Hövsan qəsəbəsində Orxan adlı cavan oğlan 1998-ci il təvəllüdlü İsayeva Xəyalə Oqtay qızını qaçırıb. Qızın nənəsi Rəfiqə İsayeva Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinə nəvəsinin qaçırılması ilə bağlı şikayət ərizəsi yazıb. Polis əməkdaşları artıq cavan oğlanın şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, cavan oğlan bir dəfə qıza elçi göndərib, amma qızın valideynləri bu evliliyə razılıq verməyiblər. Nəticədə cavanlar qoşulub qaçmağı qərara alıblar.

Orxan Xəyaləni kiçik qardaşını məktəbdən evə gətirərkən qaçırmağı planlaşdırıb. Xəyalə qardaşı ilə birlikdə məktəbdən gələrkən yanında maşın dayanıb və onu itələyərək maşına mindiriblər. Qızın qardaşı qışqıraraq hay-küy salmağa başlayıb və bunu görən qızqaçıranlar uşağı da özləri ilə götürmək qərarına gəliblər. Bu zaman beşinci sinifdə oxuyan oğlanın məktəbli çantası yerdə qalıb. Yaranan səs-küy hadisənin şahidi olan ətraf binaların sakinləri arasında beşinci sinif şagirdinin oğurlandığı barədə şayiənin yayılmasına səbəb olub. 

Bu şayiələri yayan əsas qüvvələr isə övladları məktəblərdə oxuyan valideynlərdir. Onlar bir-birinə həm ağızdan-ağıza, həm də "WhatsApp" qrupları vasitəsilə qara rəngli xarici maşından düşən naməlum şəxslərin məktəblini necə qaçırdıqlarını gözləri ilə gördüklərini danışırlar. Bu səbəbdən də şayiənin bir variantında qaçırılanın məktəbli qız, digər variantında isə oğlan olduğu deyilir.

Sputnik Azərbaycan-ın müxbirlərinə "WhatsApp" mobil tətbiqləri vasitəsilə valideynlərin yaydığı digər şayiələr də məlum olub. Onlar Bakı və Qubada insan alveri ilə məşğul olan mafiyanın mövcud olduğunu bildiriblər. Guya artıq daxili orqanları çıxarılmış iki azyaşlı uşağın meyiti tapılıb, Qubada isə azyaşlının cəsədi hissələrə bölünübmüş. Digər bənzər şayiəyə görə isə oğurlanmış 5-ci sinif şagirdinin bir böyrəyini çıxaran mafiya üzvləri qısa zamanda uşağı içində 150 manat pul olan zərflə birlikdə oğurladıqları yerə qaytarıblar.

Məktəb ləvazimatları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Valideynlər qaçaqaçda, məktəbli yarmarkaları isə "qan ağlayır"

Bu şayiələrin təsiri altında olan bir başqa valideyn isə oktyabrın 10-da Bakıdakı 280 saylı məktəbə oğlunun dalınca gedib və onu məktəbdə tapmayanda, hövlnak evə qayıdıb. Övladını evdə də tapmayan ana təşviş içində polisə zəng edib. Dərhal hadisə yerinə gedən polis əməkdaşları anasını axtaran dördüncü sinif şagirdini tapıblar. Oğlan məktəbdən evə qayıtmağa tələsməyib və öz sinif yoldaşları ilə sakitcə söhbət edirmiş. Uşaq yolda ona polis uniformalı "dayılar"ın yaxınlaşdığını görəndə çox təəccüblənib.

 Qeyd edək ki, 280 saylı məktəbin şagirdlərinin valideynləri arasında belə şayiə yayılıb ki, dörd gün əvvəl həmin məktəbin yaxınlığındakı çuxurdan ölmüş oğlanın cəsədi tapılıb. Məhz buna görə də, yerli telekanallardan birinin çəkiliş qrupu çəkiliş aparmaq üçün həmin təhsil müəssisəsinin ərazinə gəlib. Lakin sonra məlum olub ki, yerli telekanalın əməkdaşları həmin gün məktəbdə keçirilən tədbiri işıqlandırmaq üçün ora gəliblərmiş.

Bütün bu şayiələrdən qorxuya düşən valideynlər uşaqlarının təhlükəsizliyinin "qayğısına qalaraq", onları qaz balonu ilə "silahlandırıblar" ki, təhlükə anında qazı cinayətkarın üzərinə püskürdərək özlərini müdafiə etsinlər. Valideynlərdən ikisi "WhatsApp" yazışmalarında uşaqlarına qaz balonlarını şəxsən verdiklərini etiraf ediblər. Və uşaqlarına tapşırıblar ki, əgər uşaq oğruları yaxınlaşsa, onları zərərsizləşdirsinlər. Lakin valideynlər uşaqlarına bu balondan məktəbin ərazisində istifadə etməmək barədə xəbərdarlıq etməyi unudublar. Nəticədə, altıncı sinif şagirdi məktəbdə bu balonu çantasından çıxararaq şagirdlər arasında sağa-sola püskürtməyə başlayıb.

 Yeri gəlmişkən, Daxili İşlər Nazirliyi bu əsassız şayiələrə münasibətini bildirib. DİN-in məlumatında qeyd olunur ki, sosial şəbəkələrdə yayılan bütün bu söhbətlər şayiədən başqa bir şey deyil və tamamilə əsassızdır.

 "Başda göstərilən yer olmaqla respublikanın heç bir regionunda bu qəbildən olan hadisə baş verməyib" — deyə AR DİN-dən bildirilib.

Xəbər lenti
0