Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qanunsuz dərman preparatları aşkarlanıb

© Sputnik / Rahim MuradovAstara sakinində güclü psixotrop dərman preparatları aşkar edilərək götürülüb
Astara sakinində güclü psixotrop dərman preparatları aşkar edilərək götürülüb - Sputnik Azərbaycan
Abunə olmaq
"Samur" gömrük postunda Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib

BAKI, 10 oktyabr — Sputnik. Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Aptekdə dərman rəfləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dərmanların yekun qiyməti təsdiq olundu - SİYAHI

Bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn "Mercedes Benz V280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş "Reamberin 500 ml", Sonapaks 25 ml", "Sumatriptan 2 mg", "Veroşpiron 100 mg", "Veroşpiron 50 mg", "Azotioprin 50 mg", "Alfluton 1 ml", "Mimpara 30 mg", "Piroksikam 10 mg", "Kaliya xlorid 40 ml", "Proрусil 50 mg", "Kley BF-6 10 mg", Natriya xlorid 1 ml", "Qonadotropin xorioniçeskiy 5000 ME", "Qonadotropin xorioniceskiy 500 ME", "Çerukal 5 ml", "Metoklopramid 5 ml" markalı olmaqla, ümumilikdə 17 adda 31072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) akşar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0