20:49 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Девушка на рабочем месте закрывает лицо руками, фото из архива

Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib

CC0 / Riala / Bullying
HADİSƏ
Qısa URL
235 0 0

Bakılı qız biabır olmaqdan qorxub

BAKI, 9 oktyabr — Sputnik. Bakının Xətai rayonunda qız "Facebook"-a görə intihar etməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan-a rayon polis idarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 8-də səhər saat 06.00 radələrində Məhəmməd Hadi küçəsində yaşayan, 1996-cı il təvəllüdlü A.Z. böyük miqdarda dərman preparatı qəbul edib.

İlkin istintaq prosesi zamanı məlum olub ki, hadisəyə səbəb naməlum kişinin qızın fotosunu "Facebook" sosial şəbəkəsində paylaşması olub. Qız biabır olmaqdan qorxub.

Hazırda qız Toksikologiya Mərkəzində ağır vəziyyətdədir. Xətai rayonu 36-cı Polis Bölməsinin əməkdaşları baş verən hadisəni araşdırır və qızı intihar həddinə çatdıran şəxsin kimliyini müəyyən etməyə çalışırlar.

Xatırladaq ki, bu hadisə Azərbaycanda sosial şəbəkələrdə diqqətsiz davranışa görə faciə ilə nəticələnən ilk hadisə deyil.

Əlaqədar

Bərdədə gənc qız intihar edib
Bərdədə ahıl kişi intihar edib - SƏBƏB
Məşhur mağazalar şəbəkəsinin rəhbərinin intihar etdiyi açıqlanıb - RƏSMİ
Bakıda iki uşaq atası olan sahibkar intihar edib
Bakıda kütləvi intihar cəhdi
İntihar edən əsgərə görə 3 nəfər həbs edildi - RƏSMİ

Əsas mövzular