10:24 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
“Qanuni oğrular “Lotu Quli” ilə görüşdə

İstanbulda tutulan azərbaycanlı "qanuni oğru" ilə bağlı yeni ilginc faktlar

© Foto: OXU
HADİSƏ
Qısa URL
984 0 0

Türkiyə polisinin Lotu Qulini niyə saxladığı məlum oldu

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanlı kriminal avtoritet, kriminal aləmdə Lotu Quli ləqəbi ilə məşhur olan "qanuni oğru" Nadir Səlifov İstanbul polisinə "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində əlinin olub-olmadığının araşdırılması, eləcə də bununla bağlı ifadəsinin alınması məqsədilə aparılıb. Mafiya başçısının klanının üzvləri onun azad ediləcəyini gözləyirlər.

Bu barədə Sputnik Azərbaycan-a İstanbuldakı kriminal dairələrə yaxın mənbə məlumat verib. Daha əvvəl də verdiyimiz xəbərə görə, İstanbul polisi oktyabrın 8-də "qanuni oğru" Nadir Səlifovu saxlayıb. Türkiyə KİV-lərinin yaydığı məlumatda bildirilir ki, Lotu Quli İstanbul Əmniyyət Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin diqqətini Rusiya KİV-lərində yayılan informasiyalar əsasında cəlb edib. Həmin informasiyalarsa ondan ibarətdir ki, azərbaycanlı kriminal avtoritet Türkiyədən internet vasitəsilə videobağlantı quraraq Rusiyanın Kaluqa vilayətindəki topdansatışla məşğul olan iş adamlarından xərac toplayır.

Mənbənin sözlərinə görə, son zamanlar KİV Nadir Səlifovun adını həddindən artıq hallandırır. Məhz oktyabrın 7-də Rusiya nəşrləri Rusiya bazarlarında təsir dairələrinin yenidən bölüşdürülməsinin Səlifovun xeyrinə olduğunu yazmışdı. Quli "Skype" vasitəsilə və onun əvəzindən vəziyyətə nəzarət edən şəxslərin köməyi ilə iri azərbaycanlı sahibkarlarla əlaqəyə girərək onlardan hər ay ona 2-4 milyon rubl məbləğində xərac verməyi tələb edib.

Bununla yanaşı, deyilənə görə, Səlifov Moskvadakı nəhəng "Food City" aqroklasterindəki sahibkarlar üzərində nəzarəti tamamilə ələ keçirib. Əvvəllər bu ticarət bazasını Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov "himayə" edirdi. Bu aqroklasterə nəzarət uğrunda gedən amansız mübarizə Səlifovun qələbəsi ilə başa çatıb.

Türkiyənin hüquq-mühafizə orqanlarını təkcə Səlifovun Rövşən Lənkəranskinin ölümündə iştirak edib-etmədiyi maraqlandırmır. Eyni zamanda, bütün bu söhbətlər və onun mobil tətbiqlər vasitəsilə idarə etdiyi cinayətkar qruplaşmanın Türkiyə ərazisindəki üzvləri barədə məlumatlar maraqlandırır.

Lənkəranskinin qətlinə gəlincə, qeyd etmək lazımdır ki, İstanbul əməliyyatçılarında bu barədə birbaşa sübutlar yoxdur, yalnız ehtimallar var.

Mövcud versiyalardan birinə görə, Rövşən Lənkəranskini Lotu Qulinin adamları "aradan götürüblər". Çünki Canıyev öz əlaltılarına "qanuni oğru" "Qoca Yasamalski"ni (Əlibala Əlisəftar oğlu Həmidov) öldürməyi əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda ölüb və ölərkən Alaşovaya sadəcə bir kəlmə — Rövşən deyib.

Мужчина в наручниках, фото из архива
© Sputnik / Anar Mustafayev

Əlibala Həmidov Nadir Səlifovun klanına daxil olub. Ehtimal var ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində oturarkən Həmidovun ölümünə görə Canıyevi aradan götürməyi əmr edib. Lakin Quli özü Lənkəranskinin qətlində əlinin olduğunu inkar edir.

İstanbuldakı mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onları maraqlandıran suallara aydınlıq gətiriləndən sonra Səlifovu sərbəst buraxacaq. Bununla yanaşı, Səlifov bilirmiş ki, gec-tez polis onu çağıracaq.

Türkiyənin hüquq-mühafizə orqanları bəyan edib ki, yerli mafiya başçıları ilə müharibələri amansız olacaq. Məlum olduğu kimi, türk mafiya liderləri mümkün qədər çox pul qazanmağa çalışarkən, ölkənin siyasi maraqlarını təhdid edirlər. Onlar hələ də İraq və Suriyanın tam nəzarətində olmayan ərazilərində qanunsuz neft alveri edir və bu "qara bazarı" əllərində saxlayırlar.

Türkiyənin İraq və Suriya ilə sərhədlərində gedən hərbi əməliyyatlar nəzarətdənkənar neft ticarəti üçün əlverişli şərait yaradır. Bir sıra kriminal avtoritetlər 2009-cu ildən etibarən "qara neft bazar"nda iştirak edirlər. Onlar "qara qızıl" ticarəti ilə məşğul olan özəl şirkətlərə himayədarlıq edirlər.

Dünya KİV-ləri dəfələrlə yazıb ki, İŞİD radikal terror qruplaşması Suriya və İraqdan qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirdikləri nefti "qara bazar"da dempinq qiymətinə satırlar. Bu barədə Avropa konsaltinq şirkətlərinin (Norveçin Rystad Energy AS) hesabatlarında da bəhs edilib.

Əlaqədar

Ukrayna polisindən xəbərdarlıq: Lotu Quli növbəti revanşa hazırlaşır
"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO
Lotu Qulinin azərbaycanlı düşməni Kiyevdə saxlanıldı - VİDEO
Sarkisyanın Lotu Qulini öldürtmək planının təfərrüatı: Onların nə maraq toqquşması var?
"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir
Afaq Aslan Lotu Quli ilə sevgi münasibətlərindən danışdı
Teqlər:
qətl, polis, Rövşən Lənkəranski, Lotu Quli, Rövşən Canıyev, İstanbul, Nadir Səlifov, "qanuni oğru", kriminal avtoritet, azərbaycanlı

Əsas mövzular