Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı qadınlardan Türkiyədə üzqaraldıcı əməl

© Sputnik / Murad OrujovGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar fahişəliyə şərait yaratmaq, əxlaqsız yuvası təşkil etmək ittihamları ilə həbs ediliblər

BAKI, 8 oktyabr — Sputnik. Türkiyənin Mersin şəhərində iki azərbaycanlı qadın həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar internet üzərindən ünsiyyət yaratdıqları kişilərə əcnəbi qadınlarla pul qarşılığında cinsi əlaqə təklif edirmişlər.

Polisə Mezitli rayonunda Ciftlikköy məhəlləsi, Universitet küçəsində bir mənzildə əxlaqsızlıq yuvası təşkil olunduğu barədə məlumat daxil olub və polis həmin mənzili bir müddət izləməyə başlayıb. Binaya girib-çıxan şəxslərin, xüsusilə kişilərin ifadəsi alınıb. Məlum olub ki, burada yaşayan qadınlar kişiləri 150 lirə (41 manat — red.) müqabilində əcnəbi qadınlarla görüşdürürmüş.

Əməliyyat zamanı 4 azərbaycanlı olmaqla, ümumilikdə 7 qadın saxlanılıb saxlanılıb. Azərbaycanlı qadınlardan ikisi ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, digər ikisi isə fahişəliyə şərait yaratmaq, əxlaqsızlıq yuvası təşkil etmək ittihamları ilə həbs edilib.

Xəbər lenti
0