Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiya vətəndaşları Kürdəmirdə yol qəzasına düşüblər, ölən var

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 7 oktyabr — Sputnik. Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi "Şkoda" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları — 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0