Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məlum marşrutla işləyən avtobus yenə fərqləndi - FOTO

© Photo : REPORTBinəyə gedən 160 saylı avtobus qəza törədib
Binəyə gedən 160 saylı avtobus qəza törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var

BAKI, 6 oktyabr — Sputnik. Bakıda daha bir avtobus qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

Xəbər lenti
0