Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərdədə yas yerində kütləvi faciənin qarşısı alınıb

© Sputnik / Irade JELILYas çadırı
Yas çadırı - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürmə briqadası çatmasa partlayış ola bilərdi

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Bərdənin Şorəlli kənd sakini Zahid Məhərrəmova məxsus evdə dəhşətli faciənin qarşısı alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, evin yardımçı tikilisində yas məclisi üçün hazırlıq işləri aparan zaman orada olan qaz balonu qəflətən boğaz hissəsindən alovlanmağa başlayıb. İnsanlar qum, su atmaqla yanğını söndürməyə çalışsalar da, göstərilən cəhdlərin  faydası olmayıb. Partlayış riski anbaan artıb.

Наручники и деньги, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bərdə sakini öz cinayət ortağına rəfiqəsinin pullarının yerini deyib

Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğınsöndürmə Briqadasına məlumat veriləndən bir neçə dəqiqə sonra hadisə yerinə yetişən yanğınsöndürənlər yaranan təhlükənin qarşısını alıblar.

Qeyd edək ki, bu gün Zahid Məhərrəmov atasının 40 mərasimi olmalıdır. Bu səbəbdən də, həyətdə ev sahibinə kömək edən xeyli sayda kənd sakini olub.

Xoşbəxtlikdən qəzanın qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Xəbər lenti
0