05:08 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub

Zaqatalada marixuana tarlası aşkarlanıb

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
24 0 0

Ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin (ZRPŞ) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən "Xaş-xaş 2018" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Zaqatala rayonu Muğanlı kəndi ərazisində sərhəd zolağına baxış keçirilərkən yabanı halda bitmiş ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Marixuana siqaretə çevrilir: Daha bir ölkə narkotiki leqallaşdırdı
Narkoşəbəkə ələ keçirildi
Tanınmış teleaparıcı qızının narkotikdən öldüyünü açıqladı
Teqlər:
"Xaş-xaş 2018" əməliyyatı, çətənə, Daxili İşlər Nazirliyi, polis

Əsas mövzular