20:35 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Yumruq

Məhəbbət üçbucağı: Bakıda qadınla birinci yatmaq üstündə dava qətllə nəticələnib

CC0 / klavesakm / Fist
HADİSƏ
Qısa URL
228 0 0

Sabunçu rayonunda üç səfil ucuz araq içəndən sonra qadın üstündə dava ediblər və ağır cinayət törədilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları ölümlə nəticələnən cinayətin üstünü açıblar və qətl törətməkdə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandışı saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, sentyabrın 30-da saat 14:00-da Sabunçu qəsəbəsində yerləşən evində 1984-cü il təvəllüdlü İsakov Valeri Anatolyeviçin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertizanın ekspertləri İsakovun baş nahiyəsində hematoma aşkarlayıblar. Eyni zamanda, onun burnunda da zədə aşkarlanıb. Asayiş keşikçiləri müəyyən ediblər ki, kişi ağır cinayətin qurbanı olub. O da məlum olub ki, İsakov alkoqol aludəçisi imiş, meşşan həyat tərzi keçirib və vərəm xəstəsi olub.

Azad Dandışa qarşı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb. Saxlanılan şəxs etiraf edib ki, İsakovun başına dəfələrlə küt alətlə vurub və nəticədə o, ölüb.

Bununla yanaşı, o da məlum olub ki, adamların hər ikisi heç yerdə işləməyib, həddindən artıq ucuz spirt qəbul ediblər, harada gəldi yatıblar, bir sözlə, səfil həyat keçiriblər. Qətl baş verməmişdən qabaq kişilər adətləri üzrə ucuz araq alaraq içmək qərarına gəliblər. Bu dəfə onlar üç nəfər olublar. Onlara səfil həyatı yaşayan içki düşkünü bir qadın da qoşulub. Artıq sərxoş hala gələndə, butulka yoldaşları "bu gözəl xanım"la birinci kimin yatacağı üstündə mübahisə ediblər.

Mübahisə uzanaraq davaya çevrilib və kədərli bitib. Qətldən sonra Dandışla onun qadın butulka yoldaşı arasında sevgi münasibəti də olmayıb. Çünki onların hərəsi bir tərəfə qaçıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçməsinlər. Lakin onlar tezliklə saxlanılaraq rayon prokurorluğuna təhvil veriliblər.

Teqlər:
küt alət, sərxoş, intim münasibət, qadın, tüfeyli, qətl, içki, Sabunçu rayon Polis İdarəsi

Əsas mövzular