12:53 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Bakıda avtobus qatarla toqquşub

Dəhşətli qəzada xəsarət alanların sayı artır

© Foto: Avtosfer
HADİSƏ
Qısa URL
196 0 0

Xatırladaq ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib

BAKI, 1 oktyabr — Sputnik. Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

O vurğulayıb ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Xatılradaq ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Əsas mövzular