Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda ağır qəza olub, çoxlu sayda ölənlər və yaralananlar var

© REPORTSumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş yol qəzasında yaralanmış adam
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş yol qəzasında yaralanmış adam - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Digər 15 nəfərdən 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

BAKI, 30 sentyabr- Sputnik. Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, avtobusla yük maşınının toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Digər 15 nəfərdən 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar. Ölən və yaralananların adları dəqiqləşdirilir.

Xəbər lenti
0