Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş prokuror böyük təşvişə səbəb olan hadisədən danışdı: "Müstəntiqlər hadisə yerindədir"

© Photo : APAГенеральный прокурор Азербайджана Закир Гаралов
Генеральный прокурор Азербайджана Закир Гаралов - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Qaralov: "İstintaq yeni başlayıb, nəticələr haqqında məlumat veriləcək"

BAKI, 28 sentyabr — Sputnik. "Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir. Mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov jurnlasitlərə açıqlamasında deyib. O bildirib ki, müstəntiqlər hadisə yerindədirlər.

"Biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq yeni başlayıb. İstintaqın nəticəsi haqqında məlumat veriləcək. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə işimizin əsas məqsədi ondan ibarətdir ki, elektrik stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin və gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin" — Baş prokuror vurğulayıb.

Xəbər lenti
0