Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhər acı xəbərlə açıldı: Ağır qəzada 8 nəfər yaralandı - SİYAHI

© Photo : REPORTSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 8 yaralı var

BAKI, 28 sentyabr — Sputnik. Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

“Report” məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Toqquşma nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı

1963-cü il təvəllüdlü Cəfərova Zinaida

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0