13:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Su kanalı, arxiv şəkli

Bərdədə ahıl kişi intihar edib - SƏBƏB

CC0 / domeckopol / Channel
HADİSƏ
Qısa URL
213 0 0

İtkin düşdüyü deyilən kişinin bu gün meyidi tapılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Bərdənin C.Məmmədquluzadə küçəsində yaşayan 1955-ci il təvəllüdlü Hacıyev Razim Rəhim oğlunun cəsədi bu gün günorta saat 13:00 radələrində Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində tapılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, R.Hacıyevin qohumları sentyabrın 25-də, saat 15 radələrində onun evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirmişdilər. Evdən çıxarkən əynində qara şalvar, ağ köynək, başında ağ papaq əlamətlərilə axtarış elan eləmişdilər.

Yaxın qohumları R. Hacıyevin xəstəlikdən əziyyət çəkdiyini deyiblər və intihara əl atmağını bununla əlaqələndiriblər.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Əsas mövzular