Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İslam Oyunlarının mükafatçısı İlham Əliyevə müraciət etdi

© AFP 2023 / Kirill KUDRYAVTSEVАзербайджанская таэквондистка Фарида Азизова
Азербайджанская таэквондистка Фарида Азизова - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmədə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

BAKI, 27 sentyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlanması ilə bağlı məhkəmə prosesi davam edib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Məhkəmədə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təqsirləndirilən Nərgiz Fərəcovanın vəkili Gülşən Salmanova çıxış edib. 

Cinayət işi - Sputnik Azərbaycan
Oyun oynadı, sonra məscidə hücum edib adam öldürdü

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını qeyd edib və ona hakimlərdən bəraət istəyib.

Məhkəmə prosesində Fəridə Əzizova bildirib ki, prezident İlham Əliyevə ərizə ilə müraciət edib: "Ərizədə ölkə başçısından xahiş etmişəm ki, işə ədalətli baxılması təmin edilsin və mənə dəymiş ziyan ödənilsin".

Növbəti məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək

Qeyd edək ki, bir neçə ay öncə Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Xəbər lenti
0