Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıya uçan təyyarənin sərnişini hava laynerini partladacağı ilə hədələyib

© AFP 2023 / Justin TALLISDumanda eniş edən təyyarə, arxiv şəkli
Dumanda eniş edən təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Novosibirsk-Bakı aviareysinin sərnişini təyyarəni partladacağı ilə hədələyib

BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!".

Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb.

Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti
0