00:50 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
DTX əməkdaşı

DİN və DTX birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
166 0 0

Hazırda fakt üzrə araşdırma aparılır

BAKI, 24 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus "Mercedes" markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Əlaqədar

Qusarda polis əməliyyatı: 10 nəfərlik banda tutuldu
Teqlər:
əməliyyat, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi

Əsas mövzular