23:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Yanğın, arxiv şəkli

Beyləqanda yaşayış evi yandı, İki körpə uşağı olan ailə çöldə qaldı

CC0 / ernie / flame
HADİSƏ
Qısa URL
42 0 0

Ailə hazırda qohumlarına sığınmağa məcbur qalıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Beyləqan rayonunun Əlinəzərli kənd sakini Adıgözəlov Suliddin Fərman oğluna məxsus 4 otaqlı yaşayış evi yanaraq külə dönüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə günorta saatlarında baş verdiyindən ailə üzvlərindən xəsarət alan olmayıb. FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə gəlsələr də, yaşayış evini mühafizə eləmək mümkün olmayıb. Yanğınsöndürənlərin gəlişinə qədər ev tamamilə yanıb.

Beyləqan rayon Əlinəzərli kənd İcra nümayəndəsinin müavini Teyyub Dəmirov bildirib ki, hadisənin baş verməsinə elektrik naqillərindəki nasazlıq səbəb olub. Nəticədə qısaqapanmadan yanğın meydana gəlib.

Teyyub Dəmirov onu da əlavə edib ki, iki körpə uşağı olan ailə hazırda qohumlarından birinin evində məskunlaşıb.

Teqlər:
ailə, Yanğından Mühafizə İdarəsi, yanğın, yaşayış evi, Beyləqan

Əsas mövzular