Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda "kiçik qiyamət" yaşanır: Yer yarılır, evlər çökür, mənzillərə heyvanlar daraşır

© Sputnik / Ilham AhmadovŞamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər
Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüşmənin miqyası get-gedə artaraq evlərdə böyük çatlar əmələ gətirib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Şamaxı rayonunun Muğanlı kəndində son bir həftə ərzində intensiv torpaq sürüşmələri yaşanır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sürüşmənin miqyası get-gedə artaraq evlərdə böyük çatlar əmələ gətirib.

Rayonun sürüşməyə meylli ərazilərindən olan bu kənddə son günlər bir neçə ev qəzalı vəziyyətə düşüb. Kəndin aşağı hissəsində yerləşən 12-yə yaxın ev qəzalı vəziyyətdədir.

Şamaxı şəhərində torpaq sürüşməsi nəticəsində dağılmış ev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgəmizdə torpaq sürüşməsi səbəbindən yüzlərlə ev qəzalı vəziyyətə düşüb - FOTO

Sözügedən ərazidə bir neçə ildir ki, torpaq sürüşməsi baş verir. Kənd sakinlərinin sözlərinə görə, torpaq sürüşməsi baş verən ərazilərdə son bir ilə yaxın müddətdə sakitlik hökm sürür, aktivlik müşahidə olunmurmuş. Lakin son günlər havanın yağmursuz olmasına baxmayaraq, torpaq sürüşməsi yenidən aktivləşib.

Sürüşmə prosesi nəticəsində bəzi evlərin divarlarında yaranan yarıqların eni 15-20 santimetrə qədər genişlənib. Sakinlərin dediklərinə görə, həmin iri yarıqlardan evə heyvanlar girir.

Onu da qeyd edək ki, 2012-ci ildə Muğanlı kəndində sürüşmə nəticəsində 46 ev qəzalı vəziyyətə düşdüyü üçün həmin evlərin sakinləri Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı yeni tikilmiş yaşayış evlərinə köçürülüblər.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası və İcra Hakimiyyətinin nümayəndələri yaranmış vəziyyəti analiz edirlər.

Xəbər lenti
0