15:58 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
292 0 0

Təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün materiallar Şamaxı Rayon Prokurorluğuna göndərilib

BAKI, 18 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

  • Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı doğranmış ağac materialının daşınması faktı aşkar olunub
    Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı doğranmış ağac materialının daşınması faktı aşkar olunub
    © Photo : ETSN-nin mətbuat xidməti

1 / 3
© Photo : ETSN-nin mətbuat xidməti
Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı doğranmış ağac materialının daşınması faktı aşkar olunub

Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub. Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

Teqlər:
ziyan, ağac, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xəstəxana

Əsas mövzular

  • Mənzil açarı, arxiv şəkli

    "Ötən ay bu mənzillərə görə müraciətə başlanıldıqda vətəndaşın elektron müraciət formasını doldurmaq istəyərkən müxtəlif dövlət qurumlarının həmin şəxslə bağlı məlumatların sistemə inteqrasiya olunması zamanı texniki problem yaranmışdı"

    365
  • Ekologiya Postu

    Yeni zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər

    846
  • Uşaqlar, arxiv şəkli

    Ağazadə deyir ki, küçə həyatı yaşayan uşaqların təhsildən yayınma səbəbi açıqlanmalı, onlar arasında valideyn himayəsindən məhrum olunanlar dövlət uşaq müəssisələrinə yerləşdirildikdən sonra onlar həmin müəssisələrdə təhsilə cəlb olunmalıdır.

    822