Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Söyüşlə müşayiət olunan mübahisə acı sonluqla başa çatıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Ötən həftə Suraxanı rayonunun hüquq-mühafizə orqanları üçün qəsdən adamöldürmə faktı ilə başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü

Sentyabrın 16-da "Zeytun bağları" adı ilə məşhur olan ərazidə, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu qətlə yetirilib. Patoloqoanatomlar onun bədənində çoxsaylı bıçaq zərbələri aşkar ediblər. Lakin onlardan biri — sinə nahiyəsinə saplanan bıçaq ölümcül olub.

Araşdırma zamanı məlum olub ki, qətlin törədilməsində yerli sakin və Qədirovun tanışı, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlunun əli var. Hazırda şübhəli şəxs istintaqdan gizlənir.

Cinayət-axtarış şöbəsinin tədqiqatçıları şübhəlinin saxlanılması istiqamətində tədbirlər görür. Abuzərova qarşı AR Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Şahid ifadələri əsasında irəli sürülən ilkin ehtimala görə, münaqişə zamanı cinayət işində adı çəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.

Xəbər lenti
0