09:24 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Sınmış avtomobil şüşəsi, arxiv şəkli

Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu

CC0 / blickpixel / Car crush
HADİSƏ
Qısa URL
104 0 0

Hələki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb

BAKI, 13 sentyabr — Sputnik. Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
"Mercedes", VAZ -21099, yol-nəqliyyat hadisəsi, piyada, Yevlax

Əsas mövzular