16:38 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Мужчина прячет деньги  в ящик комода, фото из архива

Azərbaycanda gömrük əməkdaşı rüşvət üstündə həbs olundu

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
73 0 0

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib

BAKI, 11 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə komitənin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan DGK-nın rəsmi saytına istinadən xəbər verir.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Əlaqədar

Netanyahunun ailə üzvlərinin adı rüşvət qalmaqalında keçir
Baş Prokurorluq: Sahibkarlardan rüşvət tələb edən şəxslər həbs edilib
Deputat rüşvət üstündə həbs edildi
Direktorların rüşvət mənbəyi bağlanır: I sinfə qəbul elektronlaşdırılacaq
Bu rəqəmlər dəhşətə gətirir: rüşvət və korrupsiyanın illik dövriyyəsi açıqlandı...

Əsas mövzular