09:12 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Oğru

Sakinləri vahimədə saxlayan dəstə ələ keçdi: Əşyaları aparıb evləri yandırırmışlar

CC0 / TheDigitalWay / rubber
HADİSƏ
Qısa URL
358 0 0

Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb

BAKI, 10 sentyabr — Sputnik. Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.

İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Əlaqədar

Uşaq oğrularının aqibəti faciəli oldu: Polis heç nə edə bilmədi
"Qanuni oğru"lar toplandılar: Rusiya kriminalının yeni "xaç atası" seçildi
Oğru fermerə külli miqdarda ziyan vurdu
İnəklər oğrunu ələ verdi — VİDEO
Gözətçi axtarışda olan oğrunu iş başında yaxaladı və şəxsən cəzalandırdı
Teqlər:
Neftçala rayonu, oğru, pul, cinayət, polis, manat

Əsas mövzular